Məxfilik siyasəti

FLORA HOSPITALITY™sizin fərdiliyinizin ciddi qayğısına qalır. Biz bu Məxfilik Siyasətini otel qonaqlarından və internet sayt ziyarətçilərindən aldığımız məlumatla və Flora tərəfindən qonaqlarımızın ehtiyaclarına daha yaxşı xidmət etməsi üçün bu məlumatdan necə istifadə etdiyi ilə sizi tanış etmək üçün yaratmışıq.

BIZIM ŞƏXSI MƏLUMAT KOLLEKSIYAMIZ

"Şəxsi məlumat" termini bu Siyasətdə sizi bir fərd kimi eyniləşdirmək imkanı verən şəxsi məlumata istinad edir. Siz heç bir şəxsi məlumatınızı bildirmədən bizim internet saytımıza daxil ola bilərsiniz. Sizi xüsusi xidmətlə təmin etmək üçün sizin şəxsi məlumatınızı toplamalı olduğumuzda, biz sizdən könüllü şəkildə bu məlumatla bizi təmin etməyinizi xahiş edəcəyik.

ŞƏXSİ MƏLUMAT NƏ ÜÇÜN TOPLANILIR?

1. Rezervasiyalar: Biz sizin onlayn rezervasiyanızı tamamlamaq və idarə etmək üçün şəxsi məlumatdan istifadə edirik.
2. Müştəri xidməti: Sizə aid məlumatın müştəri xidməti əməkdaşlarımızla paylamaq bizə ehtiyacınız olan zaman sizə cavab verməyimizə imkan verir.
3. Hesabın idarə edilməsi: Biz internet saytımızda istifadəçi hesabı təklif edirik. Biz bizə təqdim etdiyiniz məlumatdan bunu idarə etmək üçün istifadə edirik və sizə şəxsi parametrlərinizi idarə etmək imkanı veririk.
4. Qonaq icmalları: Biz sizin əlaqə məlumatınızdan oteldə qonaqladığınızdan sonra rəyinizi yazmağa dəvət etmək üçün istifadə edə bilərik. Bu digər qonaqlara onlara daha uyğun olan otaqlar seçməyə yardım edə bilər.
5. Marketinq fəaliyyəti: Biz eyni zaman müştərilərimizə e-poçt vasitəsilə mütəmadi olaraq bülletenlər göndəririk. Siz bu cür marketinq yazışmasından istənilən zaman imtina edə bilərsiniz.
6. Xidmətlərimizin yaxşılaşdırılması: Biz şəxsi məlumatdan analitik məqsədlərlə, xidmətlərimizin yaxşılaşdırılması, istifadəçi təcrübəmizin genişləndirilməsi və onlayn səyahət xidmətlərimizin fəaliyyəti və keyfiyyətinin təkmilləşdirilməsi üçün istifadə edirik.

FLORA HOSPITALITY SOSIAL MEDIADAN NECƏ ISTIFADƏ EDIR?

Biz sosial mediadan imkanlarımızı irəlilətmək və xidmətlərimizi yaxşılaşdırmaq və asanlaşdırmaq üçün istifadə edirik. Məsələn, FLORA HOSPITALITY™ internet saytında bizim qabaqcıl sosial media qoşmalarımız vardır. Odur ki, siz düymələrdən birini sıxdıqda və sosial media hesabınızla qeydiyyatdan keçdikdə sizin sosial media təminatçınızla paylaşdırılan və çox güman ki, sosial media profilinizdə təqdim edilən məlumat şəbəkənizə qoşulan digər şəxslərlə paylaşdırılacaqdır.

Biz eyni zamanda sizə sosial media hesablarınızla FLORA HOSPITALITY™ xidmətlərinə daxil olmaq imkanı verə bilərik. Sizin sosial media təminatçınız bu cür hallarda sizin məlumatınızdan necə istifadə etdiyini və onu necə emal etdiyini söyləyə bilər.

FLORA HOSPITALITY QONAQ RƏYLƏRINDƏN NECƏ ISTIFADƏ EDIR?

Əgər siz rəydə adınızın göstərilməsini istəmirsinizsə, o onlayn şəkildə anonim təsvir edilə bilər. Qonaq rəyini tamamlamaqla siz onun saytımızın otaq barədə müvafiq məlumat səhifəsində və sosial media səhifələrimizdə təsvir olunması, digər səyahətçilərin qonaqladığınız otağın keyfiyyəti və xidmətləri barədə məlumatlandırılması ilə razılaşırsınız.

Əgər şəxsi məsələlərlə bağlı suallarınız və ya narahatlığınız olarsa, privacy@florahospitality.com saytı vasitəsilə FLORA HOSPITALITY™ ilə əlaqə saxlayın

KUKI FAYLLAR

KUKI FAYL NƏDIR?

Kuki fayl internet saytın sizin kompyuterinizə yerləşdirdiyi az sayda verilənlərdir.

NƏ ÜÇÜN INTERNET SAYTLAR KUKI FAYLLARDAN ISTIFADƏ EDIR?
İnternet səhifələrin yaddaşı olmur. Əgər siz internet sayt daxilində bir səhifədən digərinə keçirsinizsə, bu zaman həmin səhifədə eyni istifadəçi kimi görünə bilməyəcəksiniz. Kuki fayllar sizin brauzeri internet sayt tərəfindən müəyyən olunmağa imkanı verir. Odur ki, kuki fayllar əsasən etdiyiniz seçimlərin, yəni, üstün tutduğunuz dil və ya istifadə etdiyiniz valyutanın yadda saxlanması üçün istifadə edilir. Onlar eyni zamanda internet sayda geri döndüyünüzdə sizi müəyyən etmək üçündür.

FLORA HOSPITALITY KUKI FAYLLARDAN NECƏ ISTIFADƏ EDIR?

Biz ziyarətçilərimizə onların ehtiyac və arzularına avtomatik cavab verə bilən qabaqcıl və rahat internet saytı təklif etməyə çalışırıq. Buna nail olmaq üçün bizim internet sayt istifadəçilərimiz adətən aşağıdakı növ kuki fayllardan istifadə edir.

• Texniki kuki fayllar: Biz internet saytımızı sizə göstərmək, onun düzgün işləməsini təmin etmək, sizi istifadəçi hesabınızı yaratmaq, sayta daxil olmanızı təmin etmək və sifarişlərinizi idarə etmək üçün kuki fayllardan istifadə edirik Bu cür texniki kuki fayllar bizim saytımızın düzgün çalışması üçün vacibdir.

• Analitik kuki fayllar: Biz bu kuki fayllardan ziyarətçilərimizin saytımızda necə istifadə etdiyini öyrənmək, sayda hansı nasazlıqların olduğunu aşkar etmək, onu yaxşılaşdırmaq və maraqlı və müvafiq olmamızı təmin etmək üçün istifadə edirik. Bizim topladığımız məlumat baxdığınız saytlar, daxil olduğunuz və çıxdığınız istinad/çıxış səhifələri, istifadə etdiyiniz platforma növü, tarix və vaxt barədə məlumat və verilən səhifədə vurğunuz kliklərin sayı, siçanınızın hərəkətləri və fırladılması, istifadə etdiyiniz axtarış sözləri və saytımızdan istifadə etdiyiniz zaman yığdığınız mətn kimi ətraflı məlumatı ehtiva edir.

• Sosial şəbəkələrin kuki faylları: Bu cür Üçüncü tərəf kuki faylları sizə saytımızın məzmununu, eləcə də sizin saytımız barədə fikrinizi digərləri ilə paylaşmaq imkanı verir. Bu zaman "Facebook", "Twitter", "LinkedIn" və s. saytlardakı "Paylaş" və "Bəyənirəm" düymələrindən istifadə edilir. Bu düymələri təklif edən sosial şəbəkələr saytımıza daxil olduğunuzda hətta bu düymələri sıxmasanız belə sizi həmin düymələrin köməyi ilə müəyyən edə bilər. Əlbəttə bəzi Kuki fayllar siz saytımızda olduğunuz müddətdə cihazınızdan sosial şəbəkə hesabınızı aktivləşdirdiyiniz zaman həmin şəbəkələrin saytımız üzrə hərəkətinizi izləməsinə imkan verir. Biz sosial şəbəkələrin bizim saytımızda hərəkətinizi izləmək üçün istifadə etdiyi proseduraları idarə edə bilmirik. Zəhmət olmasa, bu sosial şəbəkələrin şəxsi məlumatla bağlı məxfilik siyasətlərini oxuyun.

KIMIN FLORA HOSPITALITY KUKI MƏLUMATINA ÇIXIŞI VAR?

Yalnız FLORA HOSPITALITY™ rəsmi saytlarının FLORA HOSPITALITY™ kuki fayllarına çıxışı vardır. Üçüncü tərəflərin yerləşdirdiyi kuki fayllara həmin üçüncü tərəflərin çıxışı vardır.

SIZ KUKI ÜSTÜNLÜKLƏRINIZI NECƏ IDARƏ EDƏ BILƏRSINIZ?

Sizin brauzer parametrlərinizin İnternet Explorer, Safari, Firefox və ya Chrome sistemlərində istifadə edilməsi ilə siz hansı kuki faylları qəbul, hansıları isə rədd etmək istədiyinizi seçə bilərsiniz. Bu parametrləri harada tapa biləcəyiniz istifadə etdiyiniz brauzerdən asılıdır. Sizə lazım olan parametrləri yerləşdirmək üçün brauzerinizdəki "Yardım" funksiyasından istifadə edin.

Qeydiyyat   bizim Top əqdlər üçün
Qeydiyyat   

E-poçt ünvanı